Dünya

Zelenski Ukraynanın NATO üzvlüyünə qəbul olunmasını istəyib

21 Noyabr 2022 21:50
Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Ukraynanın NATO-ya və Avropa İttifaqına üzv qəbul olunmasını istəyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Zelenski bu təklifi NATO-nun Parlament assambleyasının Madriddə keçirilən iclasında videobağlantı ilə çıxışı zamanı bildirib.

"Ukraynanın bizim cəmiyyətin müdafiəsinə verdiyi töhfəni öz gözünüzlə görürsünüz. Biz fevralın 24-dən sonra real olaraq birləşmişik. Buna görə də, Ukrayna NATO-nun və Aİ-nin tamhüquqlu üzvü olmalıdır. Mən sizi Ukraynanın NATO-ya və Aİ-yə üzvlüklə bağlı müraciətini dəstəkləməyə çağırıram" - deyə Zelenski vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.