Dünya

ABŞ üçün ən ciddi təhlükə açıqlandı

21 Noyabr 2022 11:42
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artan dövlət borcu ABŞ üçün ciddi təhlükəyə çevrilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Tayms" keçmiş hökumət rəsmilərinə istinadən məlumat yayıb.

"Milli təhlükəsizliyimiz üçün ən mühüm təhlükə 21-ci əsrdə artan dövlət borcunun yüküdür. Son iyirmi ildə Vaşinqtonun xərcləri ÜDM-dən daha sürətlə artıb və bu xərclərin böyük hissəsi borclanma hesabına maliyyələşdirilib", - məlumatda deyilir.

Nəşr qeyd edir ki, 2000-ci ildən bəri ABŞ-ın dövlət borcunun ÜDM-də payı iki dəfədən çox - 55%-dən 122%-ə qədər artıb. Proqnozlara görə, demək olar ki, 200%-ə qədər də artacaq:

"İkinci Dünya müharibəsi illərində olduğu kimi, borc yükü ilə yaşayırıq. Oktyabrda ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 31 trilyon dolları keçib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.