Dünya

İstanbuldakı terrora görə daha bir suriyalı saxlanıldı

17 Noyabr 2022 07:45
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun İstiqlal küçəsində terror aktınin törədilməsində əlaqəli olan şəxs saxlanılıb.

Terror aktını törədən PKK-nın üzvü olan Əhlam Əl-Bəşirə kömək etməkdə şübhəli bilinən Hüsam A. adlı terrorçu Suriyanın Əzaz şəhərində saxlanılıb.

Məlumata əsasən, terrorçu Türkiyə təhlükəsiz qüvvələri tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.