Dünya

Senatın bu qərarı Bakıya deyil, Kremlə qarşıdır - Markov

16 Noyabr 2022 13:15
Baxış: 1 540
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa Senatı "Dağlıq Qarabağ"ın müstəqilliyini tanımağa, Azərbaycanın qoşunlarının geri çəkilməsinə çağırış və Azərbaycana sanksiya tətbiq edilməsi təklifi ilə qətnamələr qəbul etdi. Bu, təkcə Azərbaycana qarşı zərbə deyil.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

"Bu, əslində Rusiyaya zərbədir. Makron Ermənistanın müttəfiqi kimi Rusiyanı əvəz etmək istəyir. Rusiya CAR-da Fransanı əvəz etdi. İndi də Makron Fransanı əsas ermənipərəst ölkə etmək niyyətindədir. Məqsəd Cənubi Qafqaza qoşun göndərmək və Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdır. Makron bununla CAR-ı Ermənistana dəyişir", - deyə ekspert qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.