Dünya

Çində dünyanın ən böyük Günəş teleskopu quruldu

16 Noyabr 2022 19:32
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin alimləri Günəşi müşahidə etmək üçün ən böyük yerüstü teleskopun sonuncu anteninin quraşdırılmasını başa çatdırıblar.

Daoçen Günəş Radio Teleskopunun 2023-cü ilin iyununda fəaliyyətə başlaması gözlənilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, teleskop diametri bir kilometrdən çox olan dairə boyunca yerləşən 313 altı metrlik parabolik antenadan və onun mərkəzində yüz metrlik kalibrləmə qülləsindən ibarətdir. Teleskop ölkənin cənub-qərbində, dəniz səviyyəsindən təxminən dörd kilometr yüksəklikdə yerləşən Sinxay-Tibet yaylasında yerləşir.

Teleskop Meridian layihəsi çərçivəsində istifadəyə verilir. Fırlanan antenalar Yer orbitinə təsirini öyrənmək üçün Günəşdəki partlayışları müşahidə edəcək.

Teleskopun dizayneri U Lindir.

Qeyd edək ki, 2008-ci ildə startı verilən Meridian layihəsi çərçivəsində çinli alimlər yaxınlıqdakı kosmik məkanı izləmək üçün yerüstü stansiyalar şəbəkəsi yaradırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.