Dünya

Türkiyədə ABŞ-Rusiya danışıqlarının detalları açıqlanıb

14 Noyabr 2022 21:43
Baxış: 984
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Ankara şəhərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında keçirilən görüşün detalları açıqlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi açıqlama yayıb.

Görüşdə Rusiyada həbsdə olan ABŞ vətəndaşlarının işi, eləcə də Kremlin nüvə silahından istifadəsinin nəticələrini müzakirə edilib.

ABŞ nümayəndəsi nüvə silahından istifadənin nəticələri və strateji sabitliyin artması riskləri barədə bildirib.

Qeyd edilir ki, danışıqlar zamanı Ukrayna böhranının həlli müzakirə mövzusu olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.