Dünya

Xəzər sahillərində 131 suiti ölü tapılıb

13 Noyabr 2022 23:13
Baxış: 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər dənizinin Qazaxıstan sahillərində 131 ölü suiti tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin Ekologiya Nazirliyinin nümayəndəsi məlumat verib.

Mütəxəssislər heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılması, həmçinin ərazidən torpaq və su nümunələrinin analizini planlaşdırır.

Qeyd edək ki, Xəzər suitisi bu dənizdə yeganə suiti növüdür. Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında heyvanları nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.