Dünya

Kanadada dünyanın ən böyük haker hücumlarında şübhəli bilinən rusiyalı həbs edildi

11 Noyabr 2022 20:08
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada dünyanın ən böyük haker hücumlarını törətməkdə şübhəli bilinən rusiyalı həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Avropa Polis Agentliyi (Avropol) məlumat yayıb.

Təşkilatın məlumatına görə, 33 yaşlı rusiyalı "LockBit" virus roqramından bütün dünyada kritik infrastruktura və iri sənaye şirkətlərinə hücumlar təşkil etməkdə şübhəli bilinir.

"O, həmçinin 5 milyondan 70 milyon avroya qədər ağlasığmaz girov tələb etməsi ilə tanınır", - Avropol bildirib.

İstintaq Fransa hüquq-mühafizə orqanları tərəfindən ABŞ və Kanadanın, həmçinin Avropolun dəstəyi ilə aparılır.

Şübhəli şəxs bu il oktyabrın 26-da keçirilən reyd zamanı saxlanılıb. Onun üzərindən 2 odlu silah, 8 kompüter, 32 sərt disk və 400 min avro dəyərində kriptovalyuta götürülüb. Hakerə qarşı rəsəmi ittihamların ABŞ-da irəli sürüləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.