Dünya

ABŞ-dan qəribə tələb: Gizli şəkildə Rusiya ilə işləyin

9 Noyabr 2022 15:04
Baxış: 852
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ rəsmiləri gizli şəkildə iri banklardan bəzi Rusiya şirkətləri ilə işini davam etdirmələrini xahiş edirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ölkənin Xəzinədarlıq və Dövlət Departamenti şirkətləri "JPMorgan" və "Citigroup" də daxil olmaqla, sanksiyalardan qismən azad edilən bəzi Rusiya şirkətlərinə xidmət göstərməyə davam etməyə çağırır. Bunun motivinin qlobal iqtisadi böhran ehtimalını azaltmaq olduğu iddia edilir.

Məlumata görə, Rusiya şirkətləri arasında dövlətə məxsus qaz nəhəngi "Qazprom" və gübrə istehsalçısı "PAO Uralkali" də var:

"Rəsmilər banklardan firmalara ABŞ dolları ilə hesablaşmalar, pul köçürmələri və ticarətin maliyyələşdirilməsi təklifləri kimi əsas xidmətləri göstərməyə davam etməyi tələb edirlər", - məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.