Dünya

Bursada "Cənnətdə Zəfər" tamaşası maraqla qarşılandı - VİDEO - FOTO

8 Noyabr 2022 15:55
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bursa şəhərində Qarabağ zəfərinin ll ili qeyd edilib. Türkiyə Sənətçilər Birliyi Bursa Təmsilçiliyi və Bursa Universitetinin birgə hazırladığı bayram tədbiri Uludağ Universitetinin Mete Cengiz Kültür Merkezinin böyük salonunda baş tutub. 

Tədbirdə Bursa şəhər nümayəndəliyi partiya və təşkilatların üzvüləri də iştirak edib.

Zəfər günü tədbirində azərbaycanlı jurnalist, Türkiyə Sənətçilər Birliyinin Bursa təmsilçisi Günay Ardanın müəllifi olduğu "Cənnətdə Zəfər" adlı birpərdəli tamaşa da nümayiş olunub.

Tədbir iştirakçıları proqramdan əvvəl Azərbaycanın zəfərə gedən yolda göstərdiyi əzmkalığı əks etdirən fotolar və Şuşada doğulub böyüyən tarixi şəxsiyyətlər haqda şəkil və məlumatlarla da tanış olub.

Tamaşanı Gökbörü Sanatevinin aktyor və rejissor heyəti ərsəyə gətirib. Hayati SARI

Burak GÜNSAYAR, Ozan KARAnın oynadığı tamaşa tamaşaçıların marağına səbəb olub.

Tədbir Bursa Şəhər Bələdiyyəsini Orkestrini ifası ilə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.