Rusiyada avtobus hasara çırpılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tula vilayətinin Boqoroditski rayonunda qeydə alınıb.
Qəza nəticəsində 19 nəfər xəsarət alıb.
Hadisə yerinə 6 təcili yardım maşını gəlib.
Avtobus Ryazan-Starıy Oskol marşrutu ilə hərəkət edirmiş.
Avtobusda 40 sərnişin və iki sürücü olub.
Milli.Az