Dünya

14 yaşlı məktəblini yandırdı - VİDEO

4 Noyabr 2022 20:28
Baxış: 3 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krımın Kuybışevo kəndində yeniyetmə 14 yaşlı yeniyetməni yandırıb.

Milli.Az bildirir ki, hadisə anın videosu qapalı "Krım və Sevastopol hadisəsi" Telegram kanalı tərəfindən yayımlanıb.

Kadrlarda yeniyetmənin plastik butulkadan şəffaf yanar mayeni məktəblinin qollarının üzərinə tökərək alışqanla yandırması əks olunub. Nəticədə, alov dərhal uşağın bədəninin yuxarı yarısını əhatə edib. Bütün bunlar video çəkənin gülüşü ilə müşayiət olunub.

Krım prokurorluğu faktla bağlı yoxlamalara başlayıb. Qurumun saytında yer alan məlumata görə, yeniyetmə oyun zamanı dostunu yandırıb. Əllərində yanıq xəsarətləri olan uşaq xəstəxanaya yerləşdirilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.