Dünya

"Rusiya ordusunda hərbi texnika çatışmır" - ABŞ institutu

4 Noyabr 2022 09:49
Baxış: 847
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rusiya ordusunda hərbi texnikanın təchizatı ilə bağlı ciddi problemlər var".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri oktyabrın ortalarından noyabrın əvvəlinə kimi hər gün 40-dan çox zirehli texnika itirib: "Rusiya son həftələrdə Belarus anbarlarından tank və zirehli texnikanın tədarükü ilə bağlı danışıqlar aparır".

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müvafiq texniki xidmətdən keçməməiş hərbi texnikanı anbarlardan çıxarıb döyüş meydanına gətirdiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, bu yaxınlarda ABŞ müdafiə naziri Lloyd Ostin bildirmişdi ki, Ukrayna hərbçiləri səmərəli işlədikləri üçün Xersona bəzarəti bərpa edə bilərlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.