Dünya

Koronavirus beyindəki “səssiz qatil”i işə salır

2 Noyabr 2022 16:20
Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kvinslend Universitetinin (Avstraliya) alimləri sübut ediblər ki, COVID-19 beyində Parkinson xəstəliyində müşahidə olunan eyni iltihab reaksiyasını aktivləşdirir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu proses uzun müddət zahirdə özünü göstərməyən neyronların "səssiz qatili" olmaqla xroniki xarakter daşıya bilər.

Alimlər yeni iddialarını sübut etmək üçün siçanlar üzərində sınaqlar keçiriblər. Məlum olub ki, virus gəmiricilərin beyninə nüfuz edərək burada iltihabi proseslərin aktivləşməsinə təkan verib.

Qeyd edək ki, koronavirus infeksiyası müxtəlif, o cümlədən nevroloji, xroniki hallara səbəb olur. Son illərdə, COVID-19-dan sağalmış insanlarda Parkinson xəstəliyi riskinin artdığını göstərən getdikcə daha çox araşdırma dərc edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.