Dünya

Xerson sakinləri bu tarixdə təxliyyə olunacaq

2 Noyabr 2022 07:28
Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 6-dan Xerson vilayətinin Kaxovka rayonunda məcburi təxliyyə başlanacaq.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumat Kaxovka rayon administrasiyasının teleqram kanalında yayılıb.

Belə ki, hərbi təhlükənin yüksək olması ilə əlaqədar rayon rəhbərliyi sakinləri özləri ilə sənədlər, pul, qiymətli əşyalar və isti paltar götürərək dərhal yaşayış məntəqələrini tərk etməyə çağırıb.

"Dərhal qəsəbəni tərk edin. Həyatınız təhlükədədir. Böyük hərbi təhlükə gözlənilir", - deyə məlumatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.