Dünya

İtaliya Ukraynaya artilleriya qurğuları verdi

30 Oktyabr 2022 18:52
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya hökuməti Ukraynaya beşinci hərbi yardım paketinin bir hissəsi olaraq 20-dən 30-a qədər "M109L" özüyeriyən artilleriya qurğusunu təhvil verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" nəşri yazıb.

Qəzet qeyd edir ki, Kiyevə müəyyən növ ağır silahlar, o cümlədən "M113" zirehli transportyorları, altı "PzH 2000" ağır haubitsaları və iki MLRS reaktiv yaylım atəşi sistemi göndərilib.

Bundan əvvəl İtaliya Kiyevə Xarkov və Donetsk vilayətlərində istifadə olunan Fh70 haubitsalarını, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Xerson və Zaporojye vilayətlərində hücum bölmələrinin sərəncamında olan "Lince" zirehli texnikasını ötürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.