Dünya

İtaliyanın qadın baş naziri ona kişi kimi müraciət olunmasını tələb edib

29 Oktyabr 2022 08:53
Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada hökumətə başçılıq edən ilk qadın olan Corca Meloni yeni vəzifəsində ona kişi kimi müraciət edilməsində israr edir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu həftənin cümə günü media qurumlarına, nazirliklərə göndərilən məktubda baş nazirə "Möhtərəm Nazirlər Şurasının sədri" deyə müraciət olunması istənilib.

İtalyan dilində "möhtərəm / hörmətli" anlamını verən "onorevole" sözü - həm kişi, həm də qadın şəkilçisində eyni səslənir. Bu tərif parlamentin aşağı palatasının üzvlərinə də aiddir.

Meloni həmişə kişiyə xas olan müəyyən edilmiş vəzifə adlarını qadın şəkilçisinə çevirməkdən imtina edib. O, bu qərarı ilə əsasən qadın həmkarlarının tənqidinə tuş gəlib. Rəqibləri onun rəhbərlik etdiyi partiyanın - "İtaliya qardaşları" adlanmasına diqqət çəkib. Onun kabinetində 24 nazirdən cəmi 6-nın qadın olması tənqidlərə səbəb olub.

Eyni zamanda, Meloni mitinqlərin birində "mən qadınam, mən xristianam, mən anayam" ifadəsi ilə məşhurlaşıb. Qadın baş nazir uşağın doğum sənədlərindəki "ata" və "ana" sətirlərinin "valideyn 1", "valideyn 2" ilə əvəzlənməsi cəhdlərini pisləyib. Meloni mühafizəkar siyasi sağ qanadın nümayəndəsi hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.