Motoşlem qanununu ləğv etmək üçün mübarizə aparan vəkil dəbilqəsiz sürdüyü motosiklet qəzasında öldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
On ildən artıqdır ki, motosiklet dəbilqələrinin məcburi taxılması ilə bağlı qanuna qarşı çıxan və onun ləğvinə nail olmağa kömək edən ABŞ-ın Florida ştatından olan vəkil dəbilqəsiz motosiklet sürərkən qəza nəticəsində dünyasını dəyişib.
Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
66 yaşlı Ron Smit 62 yaşlı sevgilisi Brenda Cinan Volpe ilə başqa bir baykerin dəfn mərasiminə gedib. O, sürətini azaltmağa vaxt tapmayıb və traktora bağlanmış qoşquya çırpılıb. Kişi və sərnişini həlak olub. Yarılma nəticəsində həm kişi, həm də qadının beyin travması nəticəsində öldüyü təsdiqlənib.
"Ola bilsin ki, dəbilqə geyinsəydilər, sağ qala bilərdilər. Amma dəqiq deyə bilmərik. Təbii ki, bu, onların sağ qalma şanslarını artırardı", - motosiklet təhlükəsizliyi üzrə mütəxəssis Erik Teo bildirib.
Florida yol patrulun sözçüsü Stiv Qeskinsin sözlərinə görə, sürücünün özünün idarəetməni itirdiyi müəyyən edildiyi üçün qəza nəticəsində heç kim məsuliyyətə cəlb edilməyib.
Smit, dəbilqə tələbinin aradan qaldırılması üçün lobbiçilik edən "American Bikers for Education" təşkilatının üzvü olub. O, motosiklet təhlükəsizliyi işlərində motosikletçiləri müdafiə edən təcrübəli vəkil idi. Mütəxəssislər deyirlər ki, onun əli olduğu işlər 2000-ci ildə böyüklər arasında motosiklet sürənlər üçün məcburi dəbilqə taxmağın ləğvinə töhfə verib. Kişi qaydanı "totalitar" hesab edib və ona qarşı uğurla mübarizə aparıb. O vurğulayıb ki, dəbilqənin məcburi taxılması Dövlət Nəqliyyat Departamentinin təhlükəsizlik tələblərində göstərilməyib.
Smitin dostlarının dediyinə görə, o, insanların dəbilqəyə ehtiyacı olub-olmamasına özləri qərar vermələrini istəyib, baxmayaraq ki, onun şəxsi dəbilqələri sevməməsinin səbəbi məlum deyil.
İrfan Vəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
İranda dollar yenə bahalaşdı
XƏBƏR LENTİ
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı





