Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.
Milli.Az bildirir ki, bu barədə Paşinyan ailəsinə məxsus "Haykakan Jamanak" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Zatulin ictimai müsahibələrində dəfələrlə Ermənistan hökumətini 44 günlük müharibəni məğlub etməkdə ittiham edib.
Üstəlik, Ermənistanın daxili siyasi həyatına müdaxilə edən Zatulin Nikol Paşinyanın getməli olduğunu dəfələrlə dilə gətirib. Zatulin hətta Ermənistan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda ittiham edə bilib. O, Ermənistana son səfəri zamanı "Yerkir Media"ya verdiyi müsahibədə baş naziri Ermənistanın suveren ərazisindən keçən dəhlizə imza atmaqda ittiham edib. Mümkün dəhlizlə bağlı suallar imzalayanlara verilməlidir, "dəhliz"i Paşinyan imzalayıb", - Zatulin bildirib.
Paşinyan konkret olaraq rusofobiyanın dozasını qaldıra-qaldıra gedir.
Milli.Az