Dünya

Anası qızı vəhşicəsinə döydü - VİDEO

24 Oktyabr 2022 19:24
Baxış: 1 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva vilayətində ana və bacısı altı yaşlı qızı şiddətlə döyüb, faktla bağlı cinayət işi başlanıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Orexovo-Zuyevoda baş verib. Yerli sakinlərin sözlərinə görə, uşağın atası mənzildə bütün zorakılıqları lentə alan videomüşahidə kamerası quraşdırıb. Yayımlanan görüntülərə şərhdə döyülmələrin sistematik şəkildə baş verdiyi bildirilib.

Videoda qızın küncdə dayanıb ağladığı görünüb. Bundan sonra kadrda uşağa nalayiq sözlər deyən, çarpayıya atan və hıçqırmağa davam etdiyi üçün onu döyməyə başlayan pencəkli qadın peyda olub.

Müstəntiqlər işgəncə ilə bağlı cinayət işi açıblar. "Hazırda müstəntiqlər törədilmiş cinayətin bütün hallarını müəyyənləşdirir, uşağın valideynlərinə dair xarakteristika materiallarının toplanması ilə bağlı göstərişlər verilib", - Komitənin açıqlamasında deyilir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.