Dünya

Corca Meloni İtaliyanın ilk qadın Baş naziri oldu

21 Oktyabr 2022 21:11
Baxış: 911
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

45 yaşlı Corca Meloni İtaliyanın ilk qadın baş naziri olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İtaliya Prezident Administrasiyasının baş katibi Hüqo Zampetti deyib .

"Prezident Corca Meloniyə hökumət qurmaq üçün mandat verdi, o da bunu qəbul etdi", - deyə bildirib.

Belə ki, C.Meloninin sağ mərkəzçi "İtaliya qardaşları" partiyası təxminən 24,6% səs toplayıb.

Yeni hökumət oktyabrın 22-də and içəcək.

Qeyd edək ki, onun əsas rəqibi "Demokrat Partiyası" təxminən 19,4%, "5 Ulduz Hərəkatı" 16,5%, "Liqa partiyası" 8,5% və "İrəli İtaliya" 8% səs toplayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.