Dünya

Rüşvətxor məmurların pulları ilə məktəblər tikiləcək

20 Oktyabr 2022 23:29
Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan hakimiyyəti korrupsionerlərdən müsadirə olunmuş 213 milyon dollara yaxın vəsait hesabına yeni məktəblər tikmək qərarına gəlib.

Bu barədə ölkənin baş naziri Əlixan Smailovun rəsmi saytında məlumat verilib.

"Dövlət başçısının tapşırığına əsasən, korrupsionerlərdən müsadirə edilən vəsaitlər indi məktəblərin və onlara əlavələrin tikintisinə yönəldiləcək. Burada söhbət təxminən 100 milyard tengedən (təxminən 213 milyon dollardan - red.) gedir. Noyabrda vəsaitin ayrılmasına başlanılacaq", - Smailov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.