Dünya

Netanyahu Baydenin İranla bağlı istəyini tənqid edib

16 Oktyabr 2022 22:15
Baxış: 1 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Cozef Baydenin İran və Fələstin məsələsi ilə bağlı siyasəti yanlışdır.

Milli.Az "report"a istinadən xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, xüsusən də Amerika liderinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpa etmək istəyi yanlışdır.

"Düşünürəm ki, Bayden İsrailə rəğbət bəsləyir, lakin onun Fələstin məsələsi və İranla bağlı siyasəti yanlışdır, sadəcə səhvdir. ABŞ-ın İranın nüvə proqramını dayandırmaq əvəzinə onu effektiv şəkildə canlandırmağa çalışması yanlışdır".

İsrailin keçmiş baş nazirinin nöqteyi-nəzərindən JCPOA-nın bərpası regionda sülhə kömək etməyəcək, çünki bu, İranın nüvə silahı istehsalını davam etdirməsinə mane olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.