Dünya

Kişi arvadının bir rəfiqəsini 10-cu mərtəbədən atdı, ikincisinin qulağını dişlədi

12 Oktyabr 2022 04:44
Baxış: 1 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Çelyabinskdə Milli Qvardiya arvadının rəfiqəsini pəncərədən atan əvvəllər məhkum olunmuş 35 yaşlı yerli sakini saxlayıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya Qvardiyasının regional idarəsindən məlumat verilib.

Məlumata görə, oktyabrın 8-də səhər saatlarında polis şöbəsindən təhlükəsizlik qüvvələrinə Salavat Yulayev küçəsindəki 17 saylı evin mənzillərindən birinin pəncərəsindən qızın yıxılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn Milli Qvardiyanın döyüşçüləri mərhumun meyitini aşkar ediblər. Bundan sonra 38 yaşlı rusiyalı qadın onlara yaxınlaşıb. O bildirib ki, əri və rəfiqəsi ilə birlikdə ortaq rəfiqəsini ziyarətə gəliblər. Onlar spirtli içki qəbul edib. Ziyafət zamanı münaqişə baş verib, bu zaman kişi mənzil sahibəsinin qulağını dişləyərək onu döyüb, arvadının ikinci rəfiqəsini isə pəncərədən atıb. Qadın yerindəcə dünyasını dəyişib.

Şübhəli şəxs cinayəti törətdiyi mənzildə saxlanılıb. MK-nın aydınlaşdırdığı kimi, mənzil 10-cu mərtəbədə yerləşib. Kişi barəsində iş açılıb, hadisə yerinə istintaq qrupu cəlb edilib.

Mənzil sahibi hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.