Dünya

İraqlı hakerlər İsrailin qaz şirkətlərinin saytlarına hücum ediblər

10 Oktyabr 2022 18:12
Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın "Əl-Taxara" haker qrupu İsraildən olan iki qaz şirkətinin saytına hücum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, hakerlər İran hakimiyyəti ilə əlaqəli ola bilər.

Qeyd olunur ki, Böyük Britaniyada qeydiyyatda olan "Energean" və birbaşa İsrail hökumətinə məxsus olan "İsrail Natural Gas Lines" kiber hücumlara məruz qalıb.

Sentyabrın sonunda İsrailin baş naziri Yair Lapid bildirmişdi ki, ölkə İranın nüvə dövlətinə çevrilməsi təhlükəsi ilə barışmayacaq və bunun qarşısını almaq üçün hər cür səy göstərəcək.

Qeyd edək ki, dünən axşam İran dövlət televiziyasına haker hücumu olub. Hər iki insident arasında əlaqənin olması istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.