Dünya

Qaribaşvilidən Saakaşvili ilə bağlı MÜHÜM AÇIQLAMA

10 Oktyabr 2022 07:21
Baxış: 1 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Heç kimə imtiyaz verilməməlidir".

Milli.Az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazir İrakli Qaribaşvili jurnalistin eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı sualına cavabında deyib.

"Mən bilirəm ki, dövlət, Ədliyyə Nazirliyi onun və digər məhbusların sağlamlığının qorunması üçün hər şeyi edir ki, onların hüquqları qorunsun. Heç kimə imtiyaz verilməməlidir", - İrakli Qaribaşvili qeyd edib

Baş nazir Mixail Saakaşvilinin Ukrayna hakimiyyətinə mümkün ekstradisiyasını şərh etməyib.

Qeyd edək ki, Mixail Saakaşvilinin amerikalı vəkili Massimo Danqelo bu yaxınlarda bildirib ki, prokurorlar onun otağına gələndə eks-prezident özünü itirib.

"Vivamedi" klinikasının direktoru Zurab Çxaidze isə deyib ki, son günlər eks-prezidentin vəziyyəti dəyişməyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.