Dünya

Təbii fəlakət də gəlini toy fikrindən daşındıra bilmədi - VİDEO

5 Oktyabr 2022 17:56
Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toyunda leysan başlayan gəlin məclisin təxirə düşməsi riski ilə üzləşir. Amma qadın uzun müddətdir hazırlaşdığı mərasimdən belə rahatlıqla vaz keçmək fikrində deyildi. Buna görə də nikah tədbirinə qayıqla yollanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, maraqlı hadisə Vyetnamda baş verib. Bildirilir ki, qəfil başlayan güclü yağış bir anda şəhərin küçələrini daşqınlara qərq edib.

Çıxılmaz vəziyyətdə qalan ailələr əvvəlcə tədbiri ləğv etmək istəyirlər. Ancaq çəkilən xərcləri və təbii fəlakətin nə qədər davam edəcəyinin naməlum olmasını nəzərə alan gəlin toyun nəyin bahasına olursa-olsun davam etməsini istəyir.

Nəticədə sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olan görüntülər ortaya çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.