Dünya

ABŞ Avropanı buna məcbur edir - Ukrayna böhranı

3 Oktyabr 2022 15:59
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ müharibə bitənə qədər Ukraynaya hər ay 1,5 milyard dollar ayırmağa hazırdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"Vaşinqton həm də AB-ni mütənasib məbləğlər ayırmağa məcbur edir. Bunu ilk dəfə olaraq dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan bəyan edib, lakin o zaman söhbət 4-5 ay müddətinə maliyyələşmədən gedirdi. Ukrayna rəsmiləri tərəfdaşlardan 38 milyard dollar yardım almağa ümid edir. AB liderlərinin bu həftə Ukraynanın dövlət büdcəsi layihəsinə daxil edilmiş maliyyə ehtiyaclarını müzakirə etməsi planlaşdırılır. Amerika tərəfi artıq bildirib ki, Avropanın ABŞ-ın ayıracağı səviyyədə Ukraynanı maliyyələşdirəcəyi gözlənilir",- məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.