Dünya

“Science” jurnalı: “Buzların əriməsi nəticəsində dəniz səviyyəsi qalxacaq”

2 Oktyabr 2022 10:08
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyk məlumatları Qrenlandiyanın buzlaqlarının əriməsi ilə dəniz səviyyəsinin yüksələcəyini proqnozlaşdıran iqlim modellərini təsdiqləyib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Los Alamos Milli Laboratoriyasının alimlərinin bəyanatında yer alıb.

Laboratoriyanın aparıcı mütəxəssisi Sofi Koulsonun fikrincə, buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi qeyri-bərabər yüksəlir.

Belə ki, hər bir buzlaq və buz təbəqəsi barmaq izləri adlanan dəniz səviyyəsinin dəyişməsinin unikal modelinin bir hissəsidir. Yarım əsrdən çox araşdırmaya baxmayaraq, bu izlər heç vaxt dəqiqliklə müəyyən edilməyib.

Yeni tədqiqat dəniz səviyyəsinin dəyişməsi ilə bağlı geofiziki proqnozların düzgünlüyünü təsdiq edir və növbəti onilliklər və əsrlər ərzində dəniz səviyyəsinin qalxması ilə bağlı proqnozlara inamı artırır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.