Dünya

62 yaşlı kişinin arvadını baltalama səbəbi dəhşətə gətirir

2 Oktyabr 2022 00:44
Baxış: 2 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Penza vilayətində 62 yaşlı yerli sakin bank kartını soruşmadan götürən 63 yaşlı arvadını qətlə yetirdiyini etiraf edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, bu ilin sentyabrında rusiyalı Bessonovski rayonundakı evində olarkən həyat yoldaşından icazəsiz götürdüyü pulu və kartı ona qaytarmasını istəyib. Qadın imtina edib. Daha sonra kişi əsəbiləşib, otaqdan çıxaraq baltanı götürüb və arvadının başına balta ilə azı iki dəfə zərbə endirib. Zərərçəkmişin öldüyünü görüb onun meyitini çıxararaq torpaq ərazisindən kənara atıb.

Daha sonra müttəhim cinayətin izini gizlədib və yaxınlarına arvadın itkin düşdüyünü deyib. Daha sonra qadının yoxa çıxması ilə bağlı ərizə yazılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı kişi özünü təqsirli bilib və meyitin olduğu yeri göstərib. Ona qarşı ittiham irəli sürülüb və kişi həbs edilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.