Dünya

"Gələcəyə qayıdış" filmin qəhrəmanı öldü

29 Sentyabr 2022 12:34
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa və model Venesiya Stivenson 84 yaşında vəfat edib.

Milli.Az bildirir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Stivenson sentyabrın 26-da Parkinson xəstəliyi ilə mübarizə apardıqdan sonra Atlanta xəstəxanasında vəfat edib. Sənətçinin ölümünü onun qardaşı, aktyor və fotoqraf Cefri Bayron təsdiqləyib.

Coanna Venesiya 1938-ci ildə Londonda Oskar mükafatına namizəd olan rejissor Robert Stivenson və aktrisa Anna Linin ailəsində anadan olub. Daha sonra onlar Hollivuda köçüblər. Qızın 14 yaşı olanda onu pin-up üslubunda işi ilə tanınan fotoqraf Piter Qould görüb. Onun sayəsində Venesiya bir çox jurnalların, o cümlədən "Esquire" jurnalının üz qabığına çıxıb. "Popular Photography" onu "dünyanın ən fotogenik qızı" adlandırıb. Modellik biznesində uğur qazandıqdan sonra Stivenson özünü aktyorluqda sınadı. O, "Darbinin reyncerləri", "İtirilmiş qadınlar adası", "Dəhşət oteli", "Gələcəyə qayıdış 2" kimi layihələrdə rol alıb.

İrfan Vəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.