Dünya

Evdən işləmək almanlar arasında populyardır

17 Sentyabr 2022 19:29
Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya əmək bazarını həmişəlik olmasa da, uzun müddətə dəyişdi. Bu günlərdə alman sosioloqlar tərəfindən aparılan tədqiqat göstərib ki, Almaniya sakinləri orta hesabla həftədə günyarım evdən işləyir və bu iş rejimi almanların çox xoşuna gəlir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sorğu ölkənin Əmək Ehtiyatları Nazirliyinin sifarişi ilə aparılıb.

Almaniya üzrə göstəricilər Fransa ilə müqayisədə azca yüksək olub: bu ölkədə sakinlər orta hesabla həftədə 1,3 gün, Yaponiyada isə həftədə 1,1 gün evdən işləyirlər. Eyni zamanda, almanlar amerikalılardan geri qalırlar. Amerikalılar orta hesabla həftədə 1,6 gün evdən işləyirlər.

Rəyi soruşulanların 26 faizi etiraf ediblər ki, əgər sahibkar ofisə tam qayıtmanı tələb edərsə, o halda onlar evi tərk etmədən pul qazanmağa imkan verən yeni iş axtaracaqlar. Beləliklə, distant işə münasibətdə skeptisizm azalıb. Sorğuda iştirak edən əməkdaşların yarıdan çoxu bildirib ki, onlar evdən işlədikləri zaman ehtimal etdiklərindən daha məhsuldar olurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.