Dünya

COVID-19-dan ölənlərin sayı 6,5 milyonu ötüb

17 Sentyabr 2022 07:07
Baxış: 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada COVID-19-dan ölənlərin sayı 6,5 milyonu, yoluxanların sayı isə 608 milyonu ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, sentyabrın 16-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatında qeyd olunub.

Hesabatda qeyd olunur ki, pandemiyanın başlanğıcından bəri COVID-19-dan 6,5 milyondan çox ölüm qeydə alınıb. Eyni zamanda, koronavirusa yoluxanların sayı 608 milyon nəfəri keçib.

ÜST öz statistik məlumatlarında yalnız yoluxmuş və ölənlər haqqında dövlətlər tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ən çox yoluxma ABŞ-da qeydə alınıb - 94 237 260.

Hindistan (44 522 777), Braziliya (34 558 992), Fransa (33 796 693) və Almaniya (32 643 742) sonrakı yerlərdə qərarlaşıb.

Ölənlərin sayına görə ardıcıl olaraq ABŞ (1,041,323), Braziliya (685,121), Hindistan (528,273) qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.