Dünya

Ukrayna ordusu Xarkov vilayətinin daha iki yaşayış məntəqəsinə daxil olub

12 Sentyabr 2022 07:28
Baxış: 1 246
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna hərbçiləri Xarkov vilayətinin Rusiya ilə sərhədinə iki kilometrdən az məsafədə yerləşən Qoptovka kəndinə daxil olublar.

Milli.Az bildirir ki, bu barədə "report" Ukrayna Silahlı Qüvvələrinin 130-cu taborunun yaydığı açıqlamaya istinadən xəbər verir.

"Sentyabrın 11-də Qoptovka Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. 130-cu taboru bütün Ukrayna xalqına salamlar göndərir", - hərbçilər yaydığı videoda deyirlər.

Eyni zamanda Ukrayna hərbçiləri Borşevaya kəndinə daxil olublar. Bu barədə isə əlahiddə ərazi müdafiə batalyonu teleqram kanalında məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.