Dünya

19 saat şəhərdə gəzərək qarşısına çıxanları güllələdi və cinayətini canlı yayımladı - VİDEO

9 Sentyabr 2022 16:22
Baxış: 1 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tennessi ştatının (ABŞ) Memfis şəhərində 19 yaşlı afroamerikalı Ezekiel D.Kelli 19 saat şəhəri gəzərək yoldan keçənlərə atəş açıb. Nəticədə müxtəlif yerlərdə azı dörd nəfər ölüb, üç nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.

Cinayətlərdən azı biri qatil tərəfindən sosial şəbəkələrdə canlı yayımlanıb.

Polis tərəfindən təqib olunan şübhəli oğurlanmış avtomobildə qəza törətdikdən sonra saxlanılıb. O, maşından düşməkdən imtina etdiyi üçün həbs SWAT polisinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

O da bildirilir ki, Kelli 2020-ci ildə adam öldürməyə cəhddə ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.