Dünya

Putin: "Ölkələrin dollara inamı itib"

7 Sentyabr 2022 15:04
Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkələr tədricən hesablaşma və ehtiyat valyutaları kimi dollar, avro, funt sterlinqə inamını itirir və onlardan istifadədən uzaqlaşırlar.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

"Qərb ölkələri tarixin axarına müqavimət göstərmək cəhdi ilə dünya iqtisadi sisteminin əsrlər boyu qurulmuş əsas sütunlarını sıradan çıxarıblar. Gözümüzün qabağında hesablaşmalar aparmaq, ehtiyat saxlamaq, aktivləri təqdim etmək mümkün olan valyutalar kimi dollara, avroya və funt sterlinqə olan inam itib. Və biz bu cür etibarsız, güzəştə gedən valyutaların istifadəsindən addım-addım uzaqlaşırıq", - deyə o vurğulayıb.

Putin qeyd edib ki, hətta ABŞ-ın müttəfiqləri də öz dollar ehtiyatlarını tədricən azaldır: "Bunu statistik rəqəmlərdən də görmək olar. Həm dollarla hesablaşmaların həcmi, həm də əmanətlərin həcmi getdikcə azalır".

O xatırladıb ki, bir gün əvvəl "Qazprom" və onun çinli tərəfdaşları qaz tədarükü üçün ödəniş edərkən rubl və yuana 50/50 nisbətində keçmək qərarına gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.