Dünya

İsveçin baş naziri səhvən başqa Lizi təbrik etdi

6 Sentyabr 2022 16:04
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin Baş naziri Maqdalena Andersson rəsmi "Twitter" səhifəsində Liz Trassı Böyük Britaniyanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, lakin o, təbrik yazısında Mühafizəkarlar partiyasının yeni seçilmiş lideri və Nazirlər Kabinetinin yeni rəhbəri Liz Trassı deyil, onun naməlum adaşı, Liz Trassellin səhifəsini işarələyib.

Bir müddət sonra paylaşımdakı @liztruss işarəsi @trussliz olaraq dəyişdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.