Dünya

Moskvadan Kadırovla bağlı açıqlama

5 Sentyabr 2022 07:14
Baxış: 2 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kremlin mətbuat katibi Dmitri Peskov Ramzan Kadırovun Çeçenistan rəhbəri postunu tərk etməsi ilə bağlı sözlərinə münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kremlin sözçüsü Kadırovun Çeçenistana rəhbərlik etməyə davam etdiyini söyləyib.

"Bu məlumatlar hələ reallaşmayıb, o, regiona rəhbərlik etməyə davam edir",-deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Ramzan Kadırov "Telegram" kanalında paylaşım edərək 15 ildən artıq müddətdə Çeçenistana rəhbərlik etdiyini və qədərindən artıq vəzifədə qaldığını bildirib.

"Dostlar, bu gün öyrəndim ki, Rusiya subyektlərinin hazırkı rəhbərləri arasında vəzifədə çox qalan yeganə adamam. Çox qaldığımın özüm də fərqinə vardım. Düşünürəm ki, müddətsiz və uzun tətilə tam layiqəm. Ümid edirəm ki, məni dəstəkləyəcək və başa düşəcəksiniz", - deyə o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.