Dünya

Hava limanının əməkdaşı təyyarə qaçırıb

4 Sentyabr 2022 20:42
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Missisipi ştatının Tupelo şəhərində hava limanının əməkdaşı Beechcraft King Air C90A ikimühərrikli təyyarəsini oğurlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə apnews.com məlumat yayıb.

Hava limanında tanker kimi işləyən 29 yaşlı Kori Ueyn Patterson yanacaqla tam dolu təyyarə ilə havaya qalxaraq onu Walmart supermarketinə çırpacağını vəd edib.

Patterson havaya qalxaraq təyyarəni Walmart supermarketinə çırpacağını vəd edib. Bundan sonra insanlar supermarketdən və ətrafdan təxliyə edilib.

Pilotla əlaqə yaradan polis danışıq aparıb və onu eniş etməyə razı sala biliblər.

Patterson saxlanılıb və terror təhdidində ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.