Dünya

Bəşər tarixində ilk təcrübə: NASA canlı efirdə asteroidi vurmağa çalışacaq - FOTO

2 Sentyabr 2022 17:08
Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA sentyabrın 27-də yeni eksperiment həyata keçirəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, eksperiment idarəolunan zondla toqquşdurulma vasitəsilə asteroidin istiqamətinin dəyişdirilməsini nəzərdə tutur.

Alimlər asteroidi DART zondu ilə vurmağa çalışacaqlar. Planlaşdırıldığına görə, toqquşma asteroidin trayektoriyasını dəyişdirməlidir. Bu, bəşər tarixində ilk belə təcrübə olacaq.

Sözügedən asteroid Yer üçün təhlükəli hesab olunmur. Eksperiment sadəcə olaraq Yer kürəsini gələcəkdə belə təhlükələrdən qoruyan sistemin mümkünlüyünü nümayiş etdirmək üçün aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.