Dünya

Zelenski rus hərbçilərə səsləndi: qaçmaq və ya təslim olmaq...

31 Avqust 2022 07:28
Baxış: 1 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada hərbi əməliyyatda iştirak edən hər bir rus hərbçisi bunun cavabını alacaq".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

Zelenskinin sözlərinə görə, bunun üçün Ukrayna kəşfiyyatı fəal şəkildə öz işini görür.

Ukrayna Prezidenti Rusiya ordusunun Krımdan Xarkov vilayətinə qədər bir dənə də təhlükəsiz bazası olmayacağını vurğulayıb, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfinin bütün anbarlarını və texnikasını məhv edəcəyinə söz verib.

Zelenski qarşı tərəf üçün iki seçim təklif edir:

"Bura Ukrayna torpağıdır və onların yalnız iki işi qalıb: qaçmaq və ya təslim olmaq. Biz onlara başqa seçim qoymuruq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.