Gənc xokkeyçi Sara Platt "kəllə qırma" adlanan təhlükəli TikTok çağırışında iştirak edərkən boynunu üç yerdən sındırıb.
Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.
Hadisə 2020-ci ildə qızın xokkey oyununda olarkən baş verib. Qızın oyuna gəldiyi dostları onu həmin an populyarlıq qazanan TikTok çağırışında iştirak etməyə təhrik etməyə başlayıblar. Oyunun mahiyyəti ondan ibarət olub ki, iki nəfər üçüncünün ayaqlarına vuraraq onu yıxır. O zaman 16 yaşı olan Platt, oyunda iştirak etmək istəmədiyini, lakin dostlarının israrlı razılığına uyduğunu etiraf edib. Nəticədə qız son dərəcə uğursuz şəkildə başının üstünə düşüb və üç boyun fəqərəsini qırıb. O, huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Onun dostları da tapşırığı yerinə yetiriblər, lakin onlar daha şanslı idilər və zərər görməyiblər.
İki illik reabilitasiyadan sonra 18 yaşlı Platt ayağa qalxsa da, zədəsinin təsirindən hələ də əziyyət çəkir. Anası Ceyn Platt deyib ki, qızı sağ olduğu üçün şanslıdır və yeriyə bilir. Qızın özü belə oyunların nə qədər təhlükəli ola biləcəyi barədə heç bir fikri olmadığını söyləyib. "TikTok üçün video hazırlamağın əyləncəli və gülməli olacağını düşündük, amma əslində belə deyil. Mən çox istəyirəm ki, insanlar bunu edə bilməyəcəyini bilsinlər, çünki bu, kiminsə yaralanması ilə nəticələnə bilər", - o deyib.
İrfan Vəliyev
Milli.Az