Dünya

"Lada"da drift etdi, uşağı maşından atdı - VİDEO

30 Avqust 2022 14:30
0 Şərh     Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Orenburq sakini "Lada"da sürüşmə edib. Yolda uğursuz dönmə zamanı uşaq oturacağı ilə birlikdə maşından yerə düşüb.

Milli.Az bildirir ki, hadisənin videosunu "Opengrad" portalı dərc edib.

Ortaya çıxan görüntülərdə avtomobil idarə edən rusiyalının yolda necə manevr etdiyi görünüb. Maşının fırlanan anda balaca qız salondan asfaltın üstünə düşüb. Sərnişin və sürücü dərhal onun yanına qaçsa da, o, özü ayağa qalxıb.

Daha sonra böyüklər qızı geri oturdaraq hadisə yerindən qaçıblar. Daha sonra polis əməkdaşları avtomobili Transportnaya küçəsindəki evlərin birinin həyətində aşkar ediblər. 33 yaşlı Orenburq sakini inzibati məsuliyyətə cəlb edilərək cərimə edilib. Kişiyə uşaqları avtomobildə daşımaq qaydaları da xatırladılıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.