Dünya

Rusiya bu ölkədə iki yeni nüvə reaktoru tikəcək

27 Avqust 2022 19:49
Baxış: 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Macarıstanda iki yeni nüvə reaktoru tikəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto açıqlama verib.

O bildirib ki, Rusiyanın dövlət atom enerjisi agentliyi (ROSATOM) yaxın həftələrdə Macarıstanda iki yeni nüvə reaktorunun tikintisinə başlayacaq.

Nazir feysbukdakı paylaşımında "Tikinti başlasın" ifadəsini işlətməklə bunun vacib bir addım olduğunu vurğulayıb və bu yolla Macarıstanın enerji təhlükəsizliyinin uzunmüddətli perspektivdə təmin ediləcəyini bildirib.

Siyarto reaktorların 2030-cu ilə qədər istismara hazır olacağını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.