Dünya

Türkiyənin "Sipər"i yeni sınaqdan uğurla keçdi

27 Avqust 2022 08:40
Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin yerli zenit-raket kompleksi "Sipər" son sınaqlarda yüksək sürətlə 100 kilometrdəki hədəfə çatıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

"Sipər" uzaqmənzilli zenit-raket kompleksimiz addım-addım yüksəlir. Son sınaq atışında "Sipər" yüksək sürətli hədəflərə qarşı 100 kilometrə çata bildiyini göstərdi. "Sipər" bu uğurlu zərbə ilə daha bir mərhələni tamamladı", - Dəmir bildirib.

Qeyd edək ki, "Sabah" qəzeti türk sistemlərinin S-400 və "Patriot" sistemlərinə alternativ olacağını yazır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.