Şimali Koreya lideri Kim Çen In sui-qəsd cəhdlərindən yayınmaq üçün paytaxt Pxenyanın mərkəzində özü üçün 8 malikanə inşa etdirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" yayıb.
Nəşr inşası başa çatan və hələ tikilməkdə olan həmin malikanələrin peyk görüntülərini yayıb. Sözügedən malikanələr paytaxtın mərkəzində mühafizə olunan Çanqvansan kompleksində yerləşir.
Ekspertlərin fikrincə, Kim Çen In raket zərbələrinə məruz qalmaqdan ehtiyat edir. Bildirilir ki, bu malikanələr sayəsində Kim Çen Inə qarşı sui-qəsd təşkil etmək niyyətində olan şəxslər onun dəqiq yerini bilməyəcək.
Həmçinin qeyd olunur ki, Şimali Koreya lideri bütün ölkə üzrə daha 13 yaşayış kompleksinə malikdir. Bu komplekslərin hər birində əyləncə mərkəzləri və restoranlar da var.
Milli.Az