Dünya

Ukraynada azı 30 azərbaycanlının evi və ya obyekti dağılıb

26 Avqust 2022 13:06
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada raket zərbələri nəticəsində azı 30 azərbaycanlının evi və ya obyekti dağılıb
Ukraynada genişmiqyaslı müharibə dövründə azı 30 azərbaycanlının evi və ya iaşə obyekti tamamilə dağılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı müharibə müddətində azərbaycanlılara dəyən zərərin bir qismi məlum olub.

Belə ki, əsasən, Ukraynada hazırda da raket zərbələrinə məruz qalan Xarkov, Çerniqov, Sumı, Donetsk, Luqansk, Nikolayev, Dnepropetrovsk, Zaporejye vilayətlərində, o cümlədən mart ayında Kiyev vilayəti ətrafında şiddətli döyüşlər zamanı azərbaycanlılar da mülki itkilərə məruz qalıb.

Bu bölgələrin sakini olduğu müəyyən edilən 30 azərbaycanlının evi və ya digər formada xüsusi mülkiyyəti raket və mərmi zərbələri nəticəsində dağıdılaraq məhv edilib.

Qeyd edək ki, bu, "Report"un Şərqi Avropa bürosuna bu vaxta qədər məlum olan statistik məlumatlardır və arta biləcəyi istisna deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.