Dünya

Tatlısesin övladlıqdan rədd etdiyi oğlundan atasına jest

25 Avqust 2022 20:57
Baxış: 1 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Bodrum şəhərinin Yalıkavak istiqamətində səhər saatlarında sənətçi İbrahim Tatlısesin də olduğu mikroavtobus qəzaya düşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə yerinə Tatlısesin övladlıqdan çıxardığı Ahmet Tatlı da gəlib.

Qəza xəbərini eşidəndə çox üzüldüyünü deyən Tatlı "Adamın ürəyi pis olur. Maşının aşdığı dərəyə endim" qeyd edib.

O, həyatını təhlükəyə ataraq maşında sıxılıb qalan atasının çıxarılmasına kömək edib. Atasının qəza keçirdiyini eşidən İdo Tatlısəs də hadisə yerinə gələrək xilasetmə işlərinə qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.