Dünya

61 yaşlı pedofil tutuldu

25 Avqust 2022 17:06
Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya İstintaq Komitəsinin paytaxt üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, 61 yaşlı moskvalı 11 yaşlı məktəbli qızı ona intim fotolar göndərməyə məcbur edib.

Milli.Az bildirir ki, fakt üzrə cinayət işi açılıb. Şübhəli şəxs saxlanılıb.

"O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi ("On dörd yaşına çatmamış şəxsə qarşı cinsi xarakterli zorakılıq hərəkətləri") ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunub", - məlumatda bildirilib.

İstintaqın məlumatına görə, avqust ayında internet messencerlərindən birində kişi evinin həyətində tanış olduğu qızla intim yazışmalara başlayıb. Bir müddət sonra kişi qızdan intim xarakterli fotoşəkillər göndərməsini xahiş edib. Yeniyetmə baş verənləri valideynlərinə danışıb və onlar dərhal polisə müraciət ediblər.

"İstintaq təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı həbs-qətimkan tədbirinin seçilməsi üçün Ostankinski məhkəməsinə vəsatət verib. Cinayət işi üzrə istintaq davam etdirilir", - istintaq orqanı aydınlaşdırıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.