Dünya

Özbəkistan sərhədçiləri 24 əfqanı saxlayıb

23 Avqust 2022 08:08
Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistana sərhədi qanunsuz keçərkən müqavimət göstərən 24 Əfqanıstan vətəndaşı saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Surxandərya vilayətinin Aral Payqəmbər adasında bir qrup əfqan qayıqlarla bu adaya yanaşarkən görüntülənib. Həmin yerə Özbəkistanın sərhəd dəstəsi göndərilib.

Sərhəd pozucuları müqavimət göstərsə də onlar saxlanılıb.

Məlumata görə, əfqanlar Özbəkistanın sərhəd zonasında bitən biyan kökünün qanunsuz çıxarılmasına çalışırmışlar.

Qeyd olunur ki, hazırda Aral Payqəmbər ərazisi Özbəkistan sərhəd qoşunlarının tam nəzarəti altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.